TAYFUN GÜRSEL: "AZARKEŞLƏRİMİZƏ BOL-BOL SEVİNC BƏXŞ EDƏCƏYİK . . ."

single-news
12 Yan 2007

TAYFUN GÜRSEL: "AZARKEŞLƏRİMİZƏ BOL-BOL SEVİNC BƏXŞ EDƏCƏYİK . . ."



Rasim Karanın gəlişi ilə “Qarabağ” Futbol Klubunun məşqçi korpusunda da əsaslı dəyişikliklər oldu. “Qarabağ” Uşaq futbol komandalarının Baş Məşqçisi olan Elşad Xudadatov, eyni zamanda Türkiyəli məşqçilər Tayfun Gürsel və Çetin Aykut Baş Məşqçinin köməkçiləri oldular. Azarkeşlərimiz Elşad Xudadatovdan fərqli olaraq, digər iki məşqçi haqqında az bilgili olduqlarından, onları sizlərə təqdim etmək qərarı verdik. İlk müsahibimiz Baş Məşqçinin birinci köməkçisi Tayfun hocadır... TAYFUN GÜRSEL REMZİ OĞLU: - 1954-cü ildə Türkiyənin Eskişehir şəhərində anadan olmuşam. Futbola 7 yaşımda futbol məktəbinə qəbul olmaqla başladım. Anam vəfat etdikdən sonra (10 yaş) Ankaraya köçdüm. Futbol olnamaq üçün ilk lisenziyamı Hacettepe Spor Klubunda aldım. 14 yaşından öz yaş qrupumda Türkiyə Millisində də oynamağa başladım. Məktəbi bitirdikdən sonra (17-18 yaş) Eskişəhərə qayıdıb “EskişehirDemirspor”la (II lig) müqavilə bağladım. Rasim Hoca ilə birgə orada 1 il oynadım... - İlk Professional komandanız da məhz “Eskişehirdemirspor” oldu? - Xeyir, 1972-ci ildə “Eskişehirspor”a transfer oldum ki, ilk proffesional klubum da məhz o komanda oldu. Əvvəlki komandalar isə, həvəskar komandalar idilər. Doğma şəhərimin komandasında 10 il oynadım. O dövrdə mən oynadığım komanda hər il yüksək yerlərə iddialı bir klub kimi tanınırdı. 82-ci ildə “Antalyaspor”a (II lig) keçdim. Orada komandam çempion olaraq, Superligaya vəsiqə qazandı... - Məşqçiliyə nə zaman başladınız? - 1983-cü ildən futbolçu olmaqla yanaşı həm də məşqçilik kurslarına qatılmağa başladım. Əvvəl C, daha sonra B və A kateqoriyalı kurslarda oxuyaraq, hər birinin diplomları ilə təltif olundum. Məhz bundan sonra məşqçiliyə başladım. İlk komandam “Antalyaspor” oldu ki, burada uşaq komandalarının baş məşqçisi təyin olundum. 1988-ci ildə isə Əsas komandanın başına keçdim. Bir ildən sonra “Burdurspor” (III lig), sonra “Eskişehirspor”da işlədim... - Futbolçu və məşqçi kimi nailiyyətləriniz... - Futbolçu kimi, “Antalyaspor”da olarkən çempionluq sevinci yaşadıq. 5 il ard-arda 4-4-2 sistemində sol müdafiəçi kimi Türkiyənin ən yaxşı futbolçusu seçildim. Millidə oynadım. Dəfələrlə çempionatda yüksək yerləri tutaraq, UEFA kubokunda turlar keçdik... Məşqçi kimi, “ÇaykurRizespor”la çempion olduq, “Xəzər Lənkəran” komandasını UEFA-da oynatdıq... - Bu dövrlərdə yəqin ki, yadda qalan hadisələr olmamış deyil... - “Eskişehir”də oynayarkən, Kubokun finalında “Fənərbaxça” ilə oynadıq. İlk oyunu İstanbulda 0:1 uduzsaq da, öz meydanımızda 2:0 üstün duruma düşdük. O zamanlar da indiki kimi əlavə vaxt yox idi və vaxt başa çatan kimi, oyun başa çatmalı idi. Lakin oyun yalnız 97-ci dəqiqədə “Fənərbaxça” bir qol vurduqdan sonra başa çatdı... Yenə “Eskişehir”də oynayarkən “Beşiktaş” oyunu qalib gəlməli olduğumuz halda, 93-cü dəqiqədə qapımıza vurulmuş topdan sonra oyun 1:1 başa çatdırıldı... Azərbaycanda “Gəncə” ilə son tur oyununda Oqtayın penaltidən atdığı qol da yadda qalan idi. Hamı şokda idi. O qol olmasaydı, biz “Qızıl oyun”a vəsiqə qazana bilməyəcəkdik... - Rasim Hoca ilə nə zamandan bir işləməyə başladınız? - 1999-2000 mövsümündə Rasim hoca “ÇaykurRizeSpor”da işləməyə başlayanda məni özünə köməkçi götürdü. Bundan sonra biz birlikdə işləməyə başladıq. Xatırladım ki, həmin il biz çempion olaraq, SuperLigə vəsiqə qazandıq. Daha sonra “Kocaelispor”, “Yozqatspor”da da bir işlədik. 2004-cü ildə Azərbaycana gəldik ... - Azərbaycan Futbolunun inkşafı dövründə iki il işlədiniz. Futbolumuzun səviyyəsini necə qiymətləndirirsiniz? - İndiki Azərbaycan Futbolu Türkiyənin 30 il öncəki durumu ilə demək olar ki, eynidir. Onda da Türkiyədə stadionlar yox idi, uşaq futbolunun inkşafından danışmaq belə yersiz idi. Milli komandamız hər oyundan məğlub durumda qayıdırdı. Lakin Piontekin gəlişindən sonra Futbol inkşaf eləməyə başladı. Azərbaycanda isə inkşaf dövrü daha qısa olacağına inanıram. Dövlət səviyyəsində qayğı, böyük şirkətlərin futbola sərmayəsi qısa zamanda sürətli inkşafa gətirib çıxaracağına inanıram. - Yeni komandanın – “Qarabağ” haqqında nə bilgiləriniz var idi və indi nə fikirləşirsiniz? - İlk öncə “Qarabağ” sözünün Azərbaycan xalqı üçün nə önəm kəsb etdiyini anlayıram. Bu adı həmişə yaşatmaq, onu dünya miqyasında “Qarabağ” Azərbaycan olaraq, təbliğ eləmək lazımdır. Hal hazırda komandaya cəlb etdiyimiz gənc futbolçularla ən yaxın zamanda bu arzunun reallaşacağına inanıram. Uşaq Futbolundan 9 futbolçu komandaya cəlb etmək riskini yalnız Rasim Kara edə bilərdi. Bunun davamı da gələcək. “Qarabağ” gənc futbolçuları özlərini sübut edəcəklər. Mən inanıram ki, azarkeşlərimizə bol-bol sevinc bəxş edə biləcəyik...”

Paylaş

// pop up