TƏCRÜBƏ ÜSTÜN OLDU
TƏCRÜBƏ ÜSTÜN OLDU
Qardaşların qarşılaşmasında millilərə göndərilən 17(!) futbolçunun olmamasına baxmayaraq, matç olduqca maraqlı alındı. Belə ki, artıq ilk hücumdaca İsaac Pupo yetərincə uzaq məsafədən cərimə zərbəsini dəqiq yerinə yetirdi. 10-cu dəqiqənin tamamına yaxın Viktor ikinci topu gənclərin qapısına vurdu. Bundan sonra top daha çox meydanın mərkəzində “fırlanmağa” başladı. 29-cu dəqiqədə Kənan da qol vurdu. Buna qədər isə gənclər Röyal Nəcəfov və Aqşin Mehdiyev iki əlverişli imkanı qaçırdı.
İkinci yarının 3-cü dəqiqəsində meydana təzəcə daxil olmuş İrakli Beraya əla qola imza atdı. Lakin gürcüyə nisbətən Şəhriyar Xəlilov daha baxımlı qol vura bildi. Buna qədər isə Pupo ikinci dəfə fərqlənə bilmişdi. Matçda sonuncu, 7-ci qolu isə Murad Ağakişiyev tora göndərdi.