TƏDBİR TƏXİRƏ SALINDI

single-news
12 Fev 2008

TƏDBİR TƏXİRƏ SALINDI



Xəbər verdiyimiz kimi, Fevral ayının 13-ündə “Qarabağ” Futbol Klubu “Azersun Holding”də klubun təməli atılacağı yeni bazasının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirməliydi. Böyük sürprizlər vəd olunan tədbirimiz hələlik təxirə salınıb. Tədbirə qatılmalı olan Klub rəhbərliyinin ölkə xaricinə işgüzar səfərə çıxması səbəbindən təqdimat bir az gecikməli olacaq. “Qarabağ” Futbol Klubu baş verən gecikməyə görə futbol ictimaiyyətindən üzr istəyir, tezliklə vəd edilən tədbirin baş tutacağına əminliyi ifadə edir.

Paylaş

// pop up