Tək məşq `Dalğa-Arena`da

single-news
28 Fev 2012

Tək məşq `Dalğa-Arena`da



`Qarabağ`ımız AZAL-la oyunun hazırlıqlarını davam etdirir. Martın 3-də `təyyarəçi`ləri qəbul edəcək komandamız gündə bir dəfə məşq keçməklə oyuna hazırlaşır. 9 futbolçumuz fərqli millilərə getdiyindən komandamız tam heyətlə hazırlaşa bilmir. Vətənində müalicə alan Nderim Nedzipi artıq komandaya qoşulub. Komandamızın bugünki çalışması Mərdəkandakı `Dalğa-Arena`da baş tutub.  Bugün komandamızın baş məşqçisi Qurban Qurbanov sabah Azərbaycanla Fələstin arasında baş tutacaq yoxlama oyununu izləmək üçün Dubaya yollanıb.  Onun olmayacağı 2 gün ərzində komandaya Elçin Rəhmanov nəzarət edəcək.

Paylaş

// pop up