Tələbəlik arzusu, yoxsa "Qarabağ" sevgisi? VİDEO

28 Mar 2019
Tələbəlik arzusu, yoxsa "Qarabağ" sevgisi? VİDEO
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Yusif Dünyamalıyev bazamızın qonağı olub. Belə ki, abituriyent olarkən valideynləri Yusifə universitetə daxil olacağı halda "Qarabağ"ımız və komandamızın baş məşqçisi Qurban Qurbanovla görüşmək sözünü verib. Bazamıza təşrif buyuran tələbə komandamızın məşqini izləyib, baş məşqçimiz Qurban Qurbanovla görüşüb və sonda isə futbolçularla xatirə şəkili çəkdirib.
Həmin görüşdən hazırlanan videoreportajı təqdim edirik: