Teli 16, Rəşad 11, `Sumqayıt`la 2-ci

single-news
18 Fev 2013

Teli 16, Rəşad 11, `Sumqayıt`la 2-ci



`Qarabağ`ımız premyerliqanın XX turunda `Sumqayıt`ı qəbul etdi. 2013-cü ildə ilk ev oyununa çıxan komandamız 3:0-lıq qələbəylə çempionatda 9-cu qələbəsini qazandı.
`Qarabağ`ımızda `Qəbələ`ylə baş tutan oyundan sonra qələbəyə inam yüksək idi. Komandamızın çalışdırıcısı Qurban Qurbanov heyətdə sadəcə 1 dəyişiklik etmiş, sağ cinahda Əfran İsmayılovu Vüqar Nadirov əvəzləmişdi.
Oyunu başdan sonra üstün keçirən `Qarabağ`ımız bunun nəticəsi olaraq 3:0-lı qələbə qazandı.
Komandamız ilk yarıda bir neçə qol şansı əldə etsə də, yarım saatın tamamında hesabı aça bildi. Ansinin möhtəşəm ötürməsiylə komandamızın bombardiri Riçard Almeyda qolkiperlə üzbəüz çıxsa da, braziliyalı daha əlverişli mövqedə olan Vaqif Cavadova çempionatda 4-cü qoluna imza atmağa şərait yaratdı.
İkinci yarıda eyni ssenari davam etdi. 62-ci dəqiqədə Qurban Qurbanov yeni transferimiz Reynaldonu meydana buraxaraq braziliyalıya debüt imkanı yaratdı. Hərəkətli olan Reynaldo vurduğumuz 3-cü qol zamanı cərimə zərbəsini qazandı. Buna qədər isə `Qarabağ`ımız hesab arasındakı fərqi artırmışdı. Vüqar Nadirovun ötürməsindən sonra Admir Teli cari mövsüm ilk qoluna imza atdı. Maraqlıdı ki, Albaniyalı stopper ötən mövsüm də 1 qola imza atsa da, onun bu uğuru çempionatın ilk yarısına, konkret desək, 2011-ci il, Oktyabrın 28-nə təsadüf etmişdi. `Bakı`nın 2:1 məğlub etdiyimiz oyunda Admir hesabı açmışdı. Beləliklə, 31 yaşlı müdafiəçi bu qolu 16 ay gözləməli oldu.
Rəşad isə car mövsüm 3-cü qoluna imza atdı. Görüşün 87-ci dəqiqəsində `rəşadsayağı` zərbə ilə fərqlənən `Qarabağ` və millimizin kapitanı bu ilk dəfə cərimə zərbəsindən fərqləndi. Daha öncə elə `Sumqayıt`a (ilk dövrədə) və `Turan`a penaltidən qol vuran 30 yaşlı müdafiəçi həm ev də ilk qolunu vurdu, həm də qeyd etdiyimiz kimi, cərimə zərbəsindən siftə etdi. Sadıqov sonuncu dəfə  ötən il 7 Martda `Simurq`a qarşı XIX turda baş tutan görüşdə Dmitri Kramarenkonu məyus etmişdi.
`Qarabağ`ımızın qələbəsi eyni zamanda darmadağınla müşayət olunması cari mövsümdə 2-ci dəfə təkrarlandı. Maraqlıdı ki, ilk belə hal da `Sumqayıt`la baş tutan oyunda qeydə alınıb. Avqustun 19-da baş tutan III turda komandamız səfərdə rəqibinə 6:1 hesabıyla qalib gəlmişdi.

Oyundan fotolar FOTOQALEREYA bölümündə..

http://qarabagh.com/1987/?name=photoview&phid=463&lang=1

Oyun qolları CANLI QOLLAR bölümündə..

http://www.qarabagh.com/1987/?name=videosif&lang=1

Paylaş

// pop up