Teli 2011-in ən yaxşısıdır
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5444.jpg)
Teli 2011-in ən yaxşısıdır
Artıq 2011 geridə qaldı. Hər olduğu kimi `Qarabağ` Futbol Klubu ilin ən yaxşılarını seçdi. Ənənəvi olaraq sorğumuza klubun idari, texniki və inzibati heyəti qatıldı. Bizim səsverməmiz bir qədər standardlardan fərqlənir. 2011-də meydana çıxan 20 futbolçunun seçilmə imkanı vardı (2011-in ilk yarısında `Qarabağ`ımızda oynayanlar səsverməyə daxil edilməyib). Müəyyənləşmiş 20 futbolçu 20 ballıq şkalayla qiymətləndirilirdi. Yəni, 20-yə qədər xal 20 futbolçu arasında paylaşdırılmalıydı. Klubumuzun direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun da qatıdığı sorğu olduqca maraqlı alındı. Düzdü, sorğunun qalibi açıq fərqlə birinci olmaqla demək olar ki, hər kəsin rəğbətini qazandığını göstərdi. 2 və 3-cülük uğrunda isə gərgin mübarizə getdi. İlk növbədə qalib haqqında. Gözlənildiyi kimi, hər kəsin ilk `3`lükdə gördüyü, sadəcə 2 nəfərin ən yaxşı seçmədiyi Admir Teli klubumuzun çalışanları tərəfindən ilin ən yaxşı futbolçusu seçildi. Maraqlıdı ki, 172 xal toplayan albaniyalı stopper 2010-2011 mövsümünün də ən yaxşısı seçilmişdi. 30 yaşlı müdafiəçinin ötən soğrudakı rəqibi Adamiya olmuşdusa bu dəfə albaniyalını həmyerlisi izlədi. Daim soyuqqanlılığı və intizamı ilə seçilən Ansi Aqolli 158 xalla 3-cü sırada qırarlaşmış Rəşad Sadiqovu 3 xal qabaqladı. Rəşad Sadıqov 148 xalla 4-cü, ötən mövsümün qalibi Rauf Əliyev isə 5-ci oldu.
Admir Teli 2011-də
Premyerliqada baş tutan 31 matçın hamısında 90 dəqiqə meydanda olub.
3 sarı vərəqə alıb, 3 dəfə qol vurub.
Bütün qaliblər
2008 - Maksim Medvedev
2009 - Vaqif Cavadov
2010 – Rauf Əliyev
2011 – Admir Teli