Teli çətin, Aqolli isə `hə`

25 Apr 2013
Teli çətin, Aqolli isə `hə`
`Qarabağ`ımızın müdafiəçisi Admir Teli mövsümü bitirib. Ardıcıl 88 oyuna çıxmaqla Azərbaycan rekordu qıran Albaniyalı futbolçu `Bakı` ilə oyunda zədələnərək əvəzlənməli olmuşdu. Müayinələrdən sonra məlum olub ki, 31 yaşlı futbolçunun sağ ayağı burxulma nəticəsində sıradan çıxıb. Eyni oyunda sıradan çıxan Ansi Aqollinin durumu bir qədər daha yüngüldür. Klubumuzun fizioterapevti Murat Şahinoğlu zədəlilərlə bağlı açıqlaması:` Admirin durumu daha ağırdı. İlkin müayinə zamanı vəziyyətin ağır olması bəlli oldu. Onun üzərində xüsusi müalicə proseduru yerinə yetiririk. Gələn həftə onu yüngül məşqlər etdirə bilərik. Amma bunun fəsadı da ola bilər. Ona görə də riskə getməyi düşünmürük. Normalda Admirin geri dönüşü üçün 1 ay lazımdır. Amma mülaicənin verdiyi təsirin də böyük rolu var. Ansinin durumu daha qənaətbəxşdir. Hər halda Aqollinin bu mövsüm oynama şansı var. Onda əzələ gərilməsi var. Sıraya dönməsi üçün 10 gün lazım olur. Hazırlıq prosesini də nəzərə alsaq daha bir neçə gün lazım ola bilər. Belədə son 2-3 oyunda meydana çıxma şansı var`.