Teli `Qarabağ`a Avropa üçün gəlib...

single-news
24 Yan 2009

Teli `Qarabağ`a Avropa üçün gəlib...



`Qarabağ`ımızın bu il hədəfi Avropaya vəsiqə qazanmaqdır. Bu yöndə bütün çalışmaları yürüdən klubumuz bir-bir səs-küylü transferlər etməklə iddiasını sübut edir. Rəşad Sadiqov, Elnur Allahverdiyevin ardından komandamız Türkiyə superliqasından futbolçu gətirməklə qışa damğasını vurdu. Albaniya millisinin müdafiəçisi yığmasının da formasını müntəzəm geyməklə ölkəmiz  adına faydalı olacağı şübhəsizdir. Artıq 27 yaşlı müdafiəçi 1 həftədir `Qarabağ`ımızdadır. Onun komanda haqqında təəssüratları, milli, ölkəmiz və karyerası barəsində düşüncələrini saytımıza verdiyi müsahibədə oxuya bilərsiniz...

- Admir, Azərbaycandan təklif alanda təəccübləndinmi?

- Peşəkarlıq baxımından futbolçunun bir klubdab təklif alması normaldır.  Amma hər halda gözlənilməz idi.

- Cəmi bir necə ay öncə millinin heyətində Azərbaycana gələndə heç fikirləşərdinmi ki, bu gün həmin ölkəyə bir də gələcəksən?

- Düzünü desəm, yox (gülür). Amma futbolun gözəlliyi onun gözlənilməz hallarla zənginliyindədir. Yeni ölkə, yeni həyəcan deməkdir.

- İlk olaraq təklif aldıqda nə fikirləşdin?

- İnternetdə bir araşdırma apardım. Komandanın iddialı olduğunu öyrəndim. Şakiri və Zekonun (Zekeriyya Ramazani - red)  da bu komanda da çıxış etdiyini bildikdən sonra maraqlı bir çempionata gedə biləcəyimi düşündüm.

- Həmvətənlərinin burda olması sənə təsir etdi?

- Əlbəttə. DÜzdü, bu əsas deyil. Amma psixoloji baxımdan bir raharlıqdır. Amma ilk öncə peşəkarlıq, sonra duyğular gəlir.

- Türkiyə superliqasında oynayırdın. Özüdə `Hacettepe`de bütün oyunlarda meydana çıxmısan. Etiraf edək ki, Türkiyədə oynamaq karyera baxımından daha əlverişlidir. Birdən Azərbaycanı seçməyin gözlənilməz görsənir.

- Mən `Hacettepe`yə gələndə komandanın autsayder olacağını gözləmirdim. Əslində bu da səbəb deyil. `Qarabağ`ın iddialı olması məni bura gətirdi. Menecerim komandanın çox iddialı olduğunu,qarşısına ciddi hədəflər qoyduğunu bildirdi. Sonra Artim və Zekoyla danışdım. Onlarla söhbətdən sonra `Qarabağ`la bağlı fikrimi qətiləşdirdim.

- Sənə nə dedilər ki?

- İlk olaraq əla kollektivin olduğunu bildirdilər. Komanda üçün hər şeyi edən bir rəhbərliyin, özəlliklə komandaya bağlı olan bir başqan olduğunu elə anlatdılar ki, mənə hədsiz dərəcədə maraqlı gəldi. Bilirsiz, futbolu pul üçün oynasaq da o hər şeyi həll etmir. Hamımız insanıq. Dəyər olmayan yerdə insan xoşbəxt ola bilməz.

- İndi 1 həftədir komandadasan. Təəssüratlarını bilmək olar?

- Belə baxanda, hər kəs bir-birinə çox kömək edir. Yəni,ayrı seçkilik də yoxdur.  Həqiqətən də mehriban kollektiviniz var. Düzdü, hədsiz dərəcədə səs-küylüdürlər (gülür). Çox emosionaldırlar. Amma rahat olduğumu deyə bilərəm. Narazı olduğum bir şey yoxdur. Hər kəs maraqlanır bir problemim varmı deyə.

- Belə başa düşdük ki, adaptasiya problemin yoxdur.

- Deməzdim ki var. Komandanın ümumi bir abu-havasında bir iddia var. Hər kəs ancaq futboldan danışır. İstər-istəməz mən də üzrərimdə bir gərginlik hiss edirəm. Hər halda, mən komandanın 3 transferindən biriyəm. Məndən nə gözlədiklərini anlaya bilirəm.

- Hansı futbolçu daha çox diqqətini cəlb etdi?

- Aslanın peşəkarlığı- məşqdə ciddiliyi, kənarda isə mehribançılığını qiymətləndirməmək olmur. Belədə Vaqif çox sürətlidir, oyunu öz üzərinə götürməyi sevir. Zaurun da (Ramazanov) hərəkətlərindən fərqli bir futbolçu olduğu hiss olunur.

- Milli karyeranda ən çox Ronaldoya qarşı etdiyin hərəkətdən sonra aldığın qırmızı vərəqəylə yadda qalmısan?

- Hə. açığı onu vurmadım, sol elimlə qabağını bağladım. O isə yalandan elə yıxıldı ki, sanki onu dirsəyimlə vurdum. Ronaldo artistliyi yaxşı bacardı.

- Xəbərin varmı, Aslan da sənin aqibətini yaşayıb? Ronaldo eyni hərəkətlə Aslanın qırmızı vərəqə almasına səbəb olub?

- Gercəkdənmi, (təəccüblənir və gülür). Deyirəm də. Ronaldodan qorxmaq lazımdır(yenə gülür).

- `Qalatasaray`la matçda belə bir şey başına gəlib deyəsən.

- Hə. Zokoya qrımızı göstərməli olduğu halda mənə göstərdi. Hakimi başa sala bilmirdim ki görürsən ki o qaradır mən ağ. Rəngi seçə bilımirsən ki, kim etdi cəriməni. Amma vərəqəni sonradan ləğv etdlər.

- Qorxmursan ki, Azərbaycana gəldikdən sonra səni milliyə çağırmazlar?

- Niyə ki. Hər halda Avropa üçün mübarizə aparan komandaya gəlmişəm. Komandanın son oyunlarda uduzmadığını, və heç kimdən zəif olmadığını uşaqlar danışıb. İnşallah, istədiklərimizi həyata keçirəcəyik.  Düzdü, məhz həmin Ronaldoya görə millinin ilk matçını buraxmalı olacam (gülür).

- Məşqlərdə, tez-tez irəli gedib başla qol vurusan. Çempionatda necə, bunun şahidi olacağıqmı?

- İnşallah. İnanıram ki, bu il ən azı 2 qol vuracam. Hücuma qoşulmağı sevirəm. Amma əsas komandamızın uğurudur.

- `Qarabağ` azarkeşlərinə sözün varmı?

- İnşallah, `Qarabağ` titul qazandırmaqla onları sevindirəcək. Eçitmişəm ki, komandanın çılğın azarkeşləri var. Biz onlarla güclüyük. Azarkeş olmadan futbol olmaz.

Paylaş

// pop up