Teli və Aqolli ilə daha 1 il

16 May 2014
Teli və Aqolli ilə daha 1 il
2013-2014 mövsümün çempionu `Qarabağ` transfer çalışmalarına start verib. İlk öncə heyətdəki futbolçularla danışıqlara başlayan komandamız Qara Qarayevin ardınca daha 2 futbolçuyla müqavilə imzalayıb. Uzun illər komandamızın müdafiəsinin dayaqları olmuş Admir Teli və Ansi Aqolliylə artıq yeni müqavilələr imzalanıb.
Hər 2 futbolçuyla 1 illik saziş imzalanıb. Xatırladaq ki, Admir 2009-cu ilin yanvarından, Ansi isə 2012-ci ilin yayından `Qarabağ`ın uğurları üçün tər tökür. Hər 2 futbolçuyla 1 illik müqavilə bağlanıb.
Admir ardıcıl 88 oyunda meydana çıxmaqla Azərbaycan rekorduna malikdir. Ansi isə Albaniya millisinin əsas heyət oyunçusudur.