Təmir işləri yekunlaşdı (EXPRESS, 11.11.2005)

single-news
11 Noy 2005

Təmir işləri yekunlaşdı (EXPRESS, 11.11.2005)



Axırıncı dəfə ikinci turda "Neftçi"yə qarşı oyununu Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirən "Qarabağ" o vaxtdan rəqiblərini başqa yerdə qəbul edirdi. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunun və "Şəfa"nın xidmətlərindən yararlanan ağdamlılar yenidən doğma məkana dönür. Artıq Suraxanı stadionunda təmir işləri başa çatıb. Məşqlərini Buzovna qəsəbə stadionunda keçirən "Qarabağ" "Göyəzən"i məhz Tofiq İsmayılov adına qəsəbə stadionunda qəbul edəcək.

Paylaş