TENNİS KORTUNDA ƏYLƏNCƏLİ MƏŞQ. . .

single-news
19 Yan 2007

TENNİS KORTUNDA ƏYLƏNCƏLİ MƏŞQ. . .



Təlim məşqin növbəti günü "Qarabağ" futbol klubu ilk məşqi tennis kortunda məşqlə keçirdi. 15 dəqiqəlik isinmə hərəkətlərindən sonra heyət dörd komandaya bölünərək mini turnir şəklində ayaqla tennis oynadılar. Komandaların heyətləri aşağıdakı kimi idi: "A" komandası- Aslan, Nodar, Rauf, Elçin, İsabala "B" komandası- Cahangir, Samir, Əfran, Rza, Taqim, Osman "C" komandası - Maksim, Emin, Namiq, Fərid, Mehran, Anar "D" komandası - Kənan, Hakan, Qoqa, Şahin, Timur. İlk yarımfinal cütündə "A" və "B" komandaları qarşılaşdılar. Oyun birincilərin 21-19 hesablı qələbəsi ilə başa çatdı. İkinci yarımfinal cütündə oyun isə daha maraqlı keçdi. Belə ki, oyun sonu hər iki komanda eyni xal topladığından 2 top fərqində irəli çıxan komanda qalib gələcəkdi. uzun sürən oyun "D" komandasının qələbəsi ilə başa çatdı. 3-cülük oyununda Cahangirin komandası çətinlik çəkmədən "C" komandasını məğlub etdi - 21-13. Final oyununu gərgin keçəcəyi gözlənilsə də, oyun proqnozların əksini göstərdi - Kənan, Hakan, Qoqa kimi təcrübəli oyunçulardan qurulmuş komanda heyətində yalnız bir təcrübəli oyunçu - Aslanın komandasını darmadağın etdi - 21-7. Beləliklə, maraqlı keçən əyləncəli məşqdə Kənanın komandası qalib oldu. Məşqin sonunda Aslan- Cahangir və Kənan- Samir cütləri arasında kiçik tennis oyunu da maraqlı izlənildi. Aslan - Cahangir cütlüyü Kənan - Samir cütlüyünə heç bir şans vermədi və gözəl oyunla layiqli qələbə qazandı... Günün ikinci məşqi meydanda taktiki hazırlıqla davam etdi..

Paylaş

// pop up