TƏQVİM MATÇI ÖNCƏSİ YOLDAŞLIQ OYUNU . . .

single-news
24 Noy 2005

TƏQVİM MATÇI ÖNCƏSİ YOLDAŞLIQ OYUNU . . .



"Qarabağ" Futbol Klubu Azərbaycan Çempionatının növbəti turu çərçivəsində oyununu 26.11.2005-ci il tarixində rəqib meydançasında "MOİK" komandasına qarşı keçirəcək. Bu oyun öncəsi isə, komandada əhval-ruhiyyə yüksəkdir. Kubokda növbəti mərhələyə yüksələn "Qarabağ" son çempionat oyununu da qələbə ilə başa vurdu. Bununla yanaşı, Aleksandr Voskoboynik və Mübariz Orucov da zədələrini sağaldaraq heyətə döndü... Bu gün isə, "Qarabağ" təqvim matçına iki gün qalmasına baxmayaraq, yoldaşlıq görüşü keçirmək qərarı verdi. Afrika ölkələrinin ölkəmizdə olan futbolçularından ibarət komandası ilə planlaşdırılan oyun Buzovna qəsəbə stadionunda baş tutdu. Baş Məşqçi Elxan Abdullayev heyətdə olan bütün oyunçulara meydana çıxmaq şansı verərək, müxtəlif variantlar üzərində futbolçularını yoxladı. Meydanın pis vəziyyətdə olmasına baxmayaraq, "Qarabağ" gözəl oyun göstərdi. Əsasən meydanın "qara"lara aid hissəsində cərəyan edən görüşdə hesab birinci hissənin ortalarında açıldı. Samir Musayevin ötürməsini Sergey Kravçenko qola çevirdi. İkinci hissədə tamamilə heyəti dəyişən Baş Məşqçi gənc futbolçulara fiziki cəhətdən pis təsir bağışlamayan rəqibə qarşı oynamaq şansı verdi. Buna baxmayaraq, onlar da, gözəl oyun göstərərək, komanda yoldaşlarından geri qalmadıqlarını sübut etməyə çalışdılar. İkinci hissədə hesab dəyişməsə də, meydanda olan gənc "Qarabağ"lılarda özlərini yaxşı tərəfdən göstərdilər.

Paylaş

// pop up