"Terek"lə oyun "Qarabağ" üçün sonuncu olacaq (fanat.az)
22 İyn 2010
"Terek"lə oyun "Qarabağ" üçün sonuncu olacaq (fanat.az)
Ağdam təmsilçisi iyunun 24-də Bakıya dönəcək
Fanat: "Qarabağ" iyunun 24-də Bakıya dönəcək. Fanat.az xəbər verir ki, atıq Avropa Liqasının püşkü atıldığına və oyunla bağlı bütün təfərrüatlara aydınlıq gəldiyinə görə komanda mövcud duruma əsasən hərəkətə keçib.
Belə ki, Ağdam klubu sabah Rusiyanın Premyer Liqa təmsilçisi "Terek"lə sonuncu yoxlama oyununu keçirəcək. İyunun 24-ü isə komanda Bakıya qayıdacaq və oyuna bir həftə qalmış hazırlıqlarını paytaxtda davam etdirəcək.
