TERRİ SƏRVƏT TƏLƏB EDİR

single-news
17 Apr 2007

TERRİ SƏRVƏT TƏLƏB EDİR



İngiltərə və “Çelsi”nin kapitanı Con Terri klubuyla müqavilə yeniləmək istəyir. Lakin Terrinin istəyi bir qədr qəribə səslənir...
Son illərdə sərgilədiyi oyunla dünyanın ən güclü müdafiəçiləri sırasına qoşulan 26 yaşlı futbolçu bundan maksimum istifadə etmək niyyətindədir. İngiltərə mətbuatının yazdığına inanasaq başarılı müdafiəçi son iki ildə ölkə çempionluğunu əldə etdiyi “Çelsi”də qalmaq istəyir. İngilis hətta ömürlük “zədəgan”ların formasını geyinmək istədiyini bildirib. Bunun müqabilində isə həftədə 130 000 funt-sterlinq istəyir. Bu isə müasir futbolda ən böyük ödəniş deməkdir. Lakin klubun Rusiyalı sahibi Roman Abramoviçin bu təklifə “isti” baxmadığı və kapitana sadəcə 5 illlik müqavilə təklif edə biləcəyini bildirib. Səbəbkar özü isə duruma belə aydınlıq gətirib:” Oturub bir balaca müzakirələr apardıq. Lakin hələlik mənə təklif olunana ilkin sözdələşmə məni qane etmir. Ona görə də danışıqları sonraya saxlamağa qərara aldıq”
Deyilənlərə görə, Terrinin baş məşqçi Joze Maurinyo ilə görüşdükdən sonra Londondakı gələcəyinə aydınlıq gətirəcək.
 

Paylaş

// pop up