Təşəkkürlər, İsmayıl !

single-news
11 İyn 2025

Təşəkkürlər, İsmayıl !



Klubumuz İsmayıl İbrahimli ilə yollarını ayırıb. Son iki mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

 

2018-ci ilin yayında “Qarabağ”a keçən İsmayıl 108 oyunda 7 qol və 10 assistə imza atıb. Yarımmüdafiəçi komandamızın heyətində 4 dəfə Azərbaycan çempionu, 1 dəfə ölkə kubokunun qalibi olub.

 

İsmayıl İbrahimliyə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir və uğurlar arzulayırıq!

 

 

Paylaş

// pop up