Təşəkkürlər, Kevin Medina!

single-news
17 İyn 2026

Təşəkkürlər, Kevin Medina!



“Qarabağ” FK Kevin Medina ilə yollarını ayırıb. 2020-ci ilin yayında “Qarabağ”a keçən kolumbiyalı müdafiəçi bu müddətdə 204 oyun keçirib, 6 qola imza atıb. Cənubi amerikalı futbolçu komandamızın heyətində 4 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

 

Futbolçuya klubumuzda çıxış etdiyi müddətdə nümayiş etdirdiyi peşəkarlığa, komandamızın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Paylaş

// pop up