Təşəkkürlər, Kintana !

single-news
3 Fev 2020

Təşəkkürlər, Kintana !



"Qarabağ"ımızın futbolçusu Dani Kintana bu gün komandamızda sonuncu məşqinə çıxıb. İspaniyalı yarımmüdafiəçi Çinin "Chengdu Better City" klubuna transfer olunub və bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Taylandda davam edən düşərgəsinə yollanacaq. 

2015-ci ildə komandamıza transfer olunan Kintana 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Kintanaya göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq.

Paylaş

// pop up