Təşəkkürlər, Olavio Juninyo!

15 Yan 2025
Təşəkkürlər, Olavio Juninyo!
Komandamızın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub. 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb.
2023-cü ilin yayından komandamızın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. O, komandamızla ölkə çempionu və kubokunun qalibi olub.
Olavio Juninyoya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Təşəkkürlər, Olavio!