Təşəkkürlər, Riçard!

11 Fev 2025
Təşəkkürlər, Riçard!
“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb. 35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2012-18, 2019 və 2021-25-ci illərdə komandamızda çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandamızın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
Riçard Almeydaya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.