Təşəkkürlər, Veşoviç!
11 İyn 2025
Təşəkkürlər, Veşoviç!
“Qarabağ” Marko Veşoviçlə yollarını ayırıb. 33 yaşlı monteneqrolu müdafiəçi ilə başa çatan müqavilə uzadılmayıb.
2021-ci ilin yayından “Qarabağ”da çıxış edən Marko 4 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. O, komandamızla dörd dəfə avrokubokların əsas mərhələsində iştirak edib. Bu müddətdə 134 oyun keçirən Veşoviç 5 qol və 16 assistə imza atıb.
Marko Veşoviçə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
