TEST KEÇİRİLDİ

single-news
10 Okt 2008

TEST KEÇİRİLDİ



Hazırlıqlarını davam etdirən “Qarabağ” komandası məşqlərini intensivləşdirib. Artıq bu gündən etibarən gündə iki məşq keçirəcək komandamızda legionerlər də düşərgəyə qoşulub. Artim Şakiri, Zekeriyya Ramazani,  Sedat Şahin dünən baş tutan yeganə çalışmada digər komanda yoldaşlarıyla birgə olub. Dünən ki, çalışmada isə test keçirilib. Futbolçuların ümumi fiziki hazırlığını öyrənən test kankoni adlanır. Daha çox Türkiyədə populyarlaşmış və istifadə olunan bu testdə 100 metrlik  dövrəni  müəyyən zaman kəsiyində yerinə yetirmək lazımdır. Yığmada olan Fərhad Vəliyev, Vaqif Cavadovla yanaşı zədələri olan Zaur Həşimov, Emin İmaməliyev də testdə iştirak etməyiblər.

Test və futbolçuların göstəriciləri haqqında komandanın fiziki koordinatoru Mehmet Akla söhbətləşdik:” Bu testdə əsas məqsəd futbolçuların ümumi dayanaqlılığını öyrənməkdir. Futbolçuların yüksək tempə uyğunlaşması və fiziki göstəricilərinin artırılması üçün bu testdən əldə edilmiş nəticələr əhəmiyyətlidir. Bu test 3 aydan bir keçirilir və həmin müddətdə arada olan boşluqları aradan qaldırılması yöndə işlər aparılır. “Qarabağ”ın əksər futbolçuları üçün bu test heç də yeni deyil. Hal-hazırda əldə edilmiş nəticələrə gəlincə. Hal-hazırda proqram dəyişikliyi ilə əlaqədar olaraq futbolçulara qiyməti 3 aydan sonra təkrar baş tutacaq testdən sonra vermək olacaq.”

Paylaş

// pop up