TEVES “M.Y.”YƏ KEÇDİ

single-news
6 İyl 2007

TEVES “M.Y.”YƏ KEÇDİ



Ötən mövsüm 4 illik fasilədən sonra qızıl medalları boynundan asan “Mançester Yunayted” daha bir transfer bombası partladıb. Daha öncə “Bavaraiya”dan Ouen Harqrvis, “Porto”dan Anderson, “Sportinq”dən Nanini rənglərinə bağlayan “qırmızı şeytanlar” argentinalı ulduz Karlos Tevesi sıralarına qatıb. Klubun rəsmi internet səhifəsində və Ada mətbuatında çıxan xəbərlərə görə, indiyə kimi transferlərə 50 milyon funt xərcləyən “M.Y.” Tevesin transfer qiyməti baha olduğu üçün forvardı icarəyə götürməyə daha yaxın olduğu bildirilib. Xatırladaq ki, ötən mövsüm sadəcə Runi və Sahanın ümidinə qalan ikincinin isə zədə ucbatınadan mövsümü boşa verməsindən sonra baş məşqçi Aleks Ferqyusson mütləq güclü bir ön xətt oyunçusuna ehtiyac duyduqlarını bildirmişdi.

Paylaş

// pop up