TƏXİRƏ SALINMIŞ OYUNLARIN VAXTI DƏQİQLƏŞDİ.

single-news
25 Mar 2005

TƏXİRƏ SALINMIŞ OYUNLARIN VAXTI DƏQİQLƏŞDİ.



Ölkə çempionatının 18-ci turundan təxirə salınmış “Xəzər-Lənkəran” - “Turan” matçının keçirilmə vaxtı dəqiqləşib. Belə ki, AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamenti bu qarşılaşmanı aprelin 6-na təyin edib. Belədə 26-cı turda “Xəzər-Lənkəran” - “MKT-Araz”la, “Turan” - “Göyəzən” oyunları aprelin 9-na keçirilib. Təxirə salınmış “Xəzər-Lənkəran” - “Karvan” matçı isə eytiyyat gün kimi nəzərdə tutulmuş mayın 7-də baş tutacaq. “Şahdağ-Samur” - “Bakı” görüşünün tarixi isə hələ dəqiqləşməyib.

Paylaş