Tezliklə görüşürük!

single-news
10 İyl 2021

Tezliklə görüşürük!



Azərbaycan klublarının UEFA bayrağı altında keçiriləcək turnirlərdə oyunlar zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin tribunalara buraxılması ilə bağlı AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müraciət müsbət cavablandırılıb. 

 

COVID-19 pandemiyası ilə əlaqədar bütün tələblərə əməl olunması barədə məlumatlar AFFA tərəfindən klubumuza göndərilib. 


“Qarabağ” FK olaraq, azarkeşlərimizin tribunalara qayıtması üçün bu tələblərə əməl etmək öhdəliyini üzərimizə götürürük. 

 

Lakin bu işdə azarkeşlərimizin də üzərinə məsuliyət düşür. Əziz azarkeşlərimiz, sizin üzərinizə düşən iş oyunlardan əvvəl, oyun zamanı və oyundan sonra tələb olunan qaydalara əməl etməkdir. Tələblər barədə ətraflı məlumat veriləcək. 

 

Sizinlə görüşəcəyimiz günü səbirsizliklə gözləyirik.

Paylaş

// pop up