`Timsah` `bülbül`ündən itiqamını aldı. VİDEO

single-news
23 Fev 2010

`Timsah` `bülbül`ündən itiqamını aldı. VİDEO



Türkiyə superliqasında çempionluq uğrunda mübarizə aparan `Fənərbaxça` və `Bursaspor` İstanbulda üz-üzə gəliblər. Elə təzəliklə ölkə kubokunun ¼ final mərhələsində üz-üzə gələn bir qədər də qalmaqalın yaşandığı mücadilədə `Fənər` son saniyələrdə Guizanın vurduğu qolla yarımfinala yüksəlmişdı. `Bursaspor`un çalışdırıcısı Ertoğrul Sağlam isə oyunsonrası  açıqlamasında hakimləri ittiham etmişdi.

Amma sabiq `Beşiktaş`lı `sarı bülbül`lərdən intiqamını artıqlamasıyla ala bildi. 2 önəmli fubolçusu (Turqay Bahadır və Sercan Yıldırım) olmadan `timsahlar` İstanbulda `Fənər`ə diz çökdürdü. Düzdü, Daumun yetirmələri oyunun ilk yarısında 2:0 önə keçmişdilər. Amma `Bursaspor` əsl əzmkarlıq nümayiş etdirərək sonda 3:2-lik qalibiyyət əldə etdilər.

Bununla da, Sağlamın komandası itirilmiş xallara görə `fənər`in önünə keçdi. `Bursaspor` indi lider `Qalatasaray`dan  1 xal geri qalır.

 

Paylaş

// pop up