TOMASSON "ŞTUTQART"A KEÇDİ

single-news
24 İyl 2005

TOMASSON "ŞTUTQART"A KEÇDİ



Danimarka Millisinin hücumçusu Yon Dal Tomasson "Milan"dan "Ştutqart"a keçməyə razılıq verib. Qeyri rəsmi informasiyaya görə transferin məbləği 7,5 milyon avroya bərabərdir. Futbolçu həkim nəzarətindən keçdikdən sonra razılaşdırılmış dörd illik müqavilə rəsmiləşdiriləcək. Bundan sonra futbolçu yeni klubunun Avstriyadakı təlim məşq toplanışına qatılacaq. Danimarkalı futbolçu isə keçidindən peşman deyil. Çünki o İtaliyada çempion olmuş, kuboku başı üzərinə qaldırmış və klubu ilə Çempionlar Liqasının qalibi olmuşdur. Bununla belə, Tomasson "rossanieri"lərin əsas oyunçusu siyahısına düşə bilməmişdir. Ötən sezonda 30 oyundan yalnız 5-də 90 dəqiqə meydanda olan futbolçu yeni kluba da məhz bu səbəbə görə keçdiyini deyir. "Ştutqart" isə futbolçunu artıq "Şalke"nin şərəfini qoruyacaq Kevin Kuranyini əvəz etmək üçün transfer edib. Futbolçu haqqında "Ştutqart"ın baş məşqçisi Djovanni Trappatoninin fikirləri: "Tomassonun beynəlxalq arenada və İtaliya A seriyasında kifayət qədər oyun təcrübəsi var. Bu oyunçunun yüksək səviyyəli futbolçu olmasından xəbər verir. Mən inanıram ki, o, klubumuzun gücünü artıra biləcək."

Paylaş