TORRES RAMAZAN BAYRAMINDA "QARABAĞ"IN QONAĞI OLDU

single-news
15 Noy 2004

TORRES RAMAZAN BAYRAMINDA "QARABAĞ"IN QONAĞI OLDU



Noyabrın 14-də "Qarabağ" Futbol Klubunun üzvləri Ramazan bayramını qeyd etdi. Bayram münasibəti ilə təşkil olunan mərasimdə klubun vitse-prezidenti Tahir Gözəl, rəhbər işcilər və futbolçular iştirak etdi. Tədbirə qonaq kimi dəvət olunan futbol üzrə yığma komandamızın baş məşqçisi Karlos Alberto Torres də iştirak etdi. Yığıncaqda vitse-prezidentimiz Tahir bəy bayramla əlaqədər hamını təbrik edərək futbolçulara öz ürək sözlərini çatdırdı. Yığmanın baş məşqçisi də tədbirdən razı qaldığını və onu buraya dəvət etdikləri üçün klubumuzun rəhbərliyinə öz minnəttarlığını bildirdi. Yığıncaq bayram ziyafətilə sona çatdı. Tədbirin sonunda yığıncaq iştirakçıları xatirə şəkli çəkdirdi.

Paylaş