`Trabzon` 1 xalla lider oldu

single-news
28 Sen 2011

`Trabzon` 1 xalla lider oldu



UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turunun oyunlarına start verilib.

`A` qrupunda mübarizə aparan Bundesliqanın hazırkı lideri `Bavariya` `Alyans Arena`da tarixində ilk dəfə ÇL-ə vəsiqə qazanmış `Mançester Siti`ni qəbul edib. Bu görüş münhenlilərin 2:0-lıq qələbəsi ilə başa çatıb.

Qrupun digər matçında isə `Napoli` və `Vilyareal` klubları münaisbətlərinə aydınlıq gətiriblər. İtaliya təmsilçisi ilk hissədə vurduğu iki qolla rəqibini məğlub edib.

Sözsüz ki, bizi ən çox maraqlandıran oyun Türkiyənin `Trabzonspor` klubu ilə son Fransa çempionu `Lill` arasında olub. Qrup mərhələsinin ilk oyununda səfərdə italyan nəhəngi `İnter`ə qalib gəlməklə həm sensasiyaya imza atan, həm iddiasını ortaya qoyan Qaradəniz təmsilçisi həmin qələbənin təsadüf olmadığını sübut etməyə çalışacaqdı. Lakin bu oyunda qalib müəyyənləşməyib - 1:1

İlk turda "Trabzonspor"a məğlub olan "İnter" isə səfərdə CSKA-nın qonağı olub. Gərgin keçən matç 3:2 hesabı ilə Milan təmsilçisinin xeyrinə başa çatıb.

`C` qrupunda `Mançester Yunayted` doğma `Old Trafford`da İsveçrənin `Bazel` klubu ilə qarşılaşıb. İlk hissəni 2:0 hesabı ilə öndə bitirən meydan sahibləri əsl şok yaşayıblar. Rəqib 3 qol vurmaqla hesabda önə çıxıb. Lakin "Mançester Yunayted" son dəqiqələrdə məğlubiyyətdən qaça bilib - 1:1. `Benfika` isə son Rumıniya çempionu `Otselul`un qonağı olub. Bu qarşılaşma 1:0 hesabı ilə qonaqların xeyrinə yekunlaşıb.

ÇL-ə Zaqreb `Dinamo`su üzərində qazanılan qələbə ilə başlayan `Real` `Santyaqo Bernabeu`da ötən mövsümdə də eyni qrupda yer aldığı `Ayaks`la üz-üzə gəlib. "Kral klubu" rəqibini 3:0 hesabı ilə məğlub edərək xalını 6-ya yüksəldib.
 
`Lion` isə öz meydanında Xorvatiyanın `Dinamo` klubunu qonaq edib. Fransa təmsilçisi zaqrebliləri 2:0 hesabı ilə məğlub edərək ÇL-də ilk qələbəsini qazanıb.

 

27 sentyabr
Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları


`A` qrupu

`Bavariya` (Almaniya) – `Mançester Siti` (İngiltərə) - 2:0
Qollar: Qomez, 38 (1:0), 45 (2:0)

`Napoli` (İtaliya) – `Vilyarreal` (İspaniya) - 2:0
Qollar: Hamşik, 14 (1:0), Kavani, 17 (2:0)

 
Y Komandalar P W D L Pts
1.  `Bavariya` 2 2 0 0 6
2.  `Napoli` 1 0 1 0 1
3.  `Mançester Siti` 2 0 1 1 1
4.  `Villareal` 1 0 0 1 0

 


"B" qrupu

MOİK (Rusiya) – `İnter` (İtaliya) - 2:3
Qollar: Lusio, 6 (0:1), Pazzini, 23 (0:2), Zaqoyev, 45 (1:2), Vaqner Lav, 77 (2:2), Zarate, 79 (2:3)

`Trabzonspor` (Türkiyə) – `Lill` (Fransa) - 1:1
Qollar: Sou, 31 (0:1), Kolman, 75-pen (1:1)

Y Komandalar P W D L Pts
1.  `Trabzonspor` 2 1 1 0 4
2.  `İnter` 2 1 0 1 3
3.  `Lill` 2 0 2 0 2
4.  CSKA (Moskva) 2 0 1 1 1
 

"C" qrupu

`Otselul` (Rumıniya) – `Benfika` (Portuqaliya) - 0:1
Qol: Sezar, 41 (0:1)

`Mançester Yunayted` (İngiltərə) – `Bazel` (İsveçrə) - 3:3
Qollar: Uelbek, 16 (1:0), 17 (2:0), Fray, 58 (2:1), Aleksandr Fray, 60 (2:2), 75 (2:3), Yanq, 90 (3:3)
 
Y Komandalar P W D L Pts
1.  `Benfika` 2 1 1 0 4
1.  `Bazel` 2 1 1 0 4
3.  `Mançester Yunayted` 2 0 2 0 2
4.  `Otselul` (Qalats) 2 0 0 2 0
 

"D" qrupu

`Real` (İspaniya) – `Ayaks` (Hollandiya) - 3:0
Qollar: Ronaldo, 25 (1:0), Kaka, 41 (2:0), Benzema, 49 (3:0)

`Lion` (Fransa) – `Dinamo` (Xorvatiya) - 2:0
Qollar: Qomis, 23 (1:0), Kone, 42 (2:0)
 
Y Komandalar P W D L Pts
1.  `Real` (Madrid) 2 2 0 0 6
2.  `Lion` 2 1 1 0 4
3.  `Ayaks` 2 0 1 1 1
4.  `Dinamo` (Zaqreb) 2 0 0 2 0
 

Paylaş

// pop up