`Trabzonspor` 19 il sonra yenə təkrarladı

single-news
15 Sen 2011

`Trabzonspor` 19 il sonra yenə təkrarladı



Çempionlar Liqasının qrup mərhələsində ilk turun oyunlarına yekun vurulub. Turun ilk oyun günündə qeyri-adi nəticə qeydə alınmasa da, çərşənbə axşamı turun sensasiyası baş tutub.
Turun sensasiyası `B` qrupunda, İtaliyada gerçəkləşib. Yerli `İnter`lə qarşılaşan `Trabzonspor` ilk hissədə qapısının toxunulmazlığını təmin edə bilib. Matçın taleyini 1 qol həll edib. `Trabzonspor` ikinci hissədə vurduqları qolla qələbəni bayram edib. Digər bir oyunda isə `Lill` Moskva MOİK-i ilə heç-heçə oynayıb.
`A` qrupunda `Mançester Siti` `Napoli` ilə 1:1 hesablı heç-heçə oynayıb. `Bayern` isə səfərdə `Vilyarreal`ı 2 cavabsız qolla üstələyib.
`C` qrupunda `Bazel` `Otelul` klubundan üstün olub. `Benfika` və `Mançester Yunayted` isə meydanı bir xalla tərk edib.
`D` qrupunda `Ayaks` doğma meydanda Lion `Olimpik`ini qəbul edib. Matçda hesab açılmayıb. Digər oyunda isə `Real` Zaqreb `Dinamo`sunun qonağı olub. Matçın taleyini `Kral klubu`nun vurduğu bir qol həll edib.
Daha öncə isə maraqla gözlənilən `Barselona` - `Milan`duelində tərəflər hərəyə 2 qolla 1 xala razı olmuşdu.
 
Çempionlar Liqası
14 sentyabr
 
A qrupu
 
`Mançester Siti` (İngiltərə) – `Napoli` (İtaliya) - 1:1 (0:0)
Qollar: Kolarov, 75 - Kavani, 69.
 
`Vilyarreal` (İspaniya) – `Bayern` (Almaniya) - 0:2 (0:1)
Qollar: Kroos, 7, Rafinya, 76.
 
B qrupu
 
`İnter` (İtaliya) – `Trabzonspor` (Türkiyə) - 0:1 (0:0)
Qol: Çelustka, 76.
 
`Lill` (Fransa) - MOİK (Moskva, Rusiya) - 2:2 (1:0)
Qollar: Sou, 45, Pedretti, 57 - Doumbiya, 72; 90.
 
C qrupu
 
`Bazel` (İsveçrə) - `Otelul` (Rumıniya) - 2:1 (1:0)
Qollar: Frey, 39; 84 - Pena, 58.
 
`Benfika` (Portuqaliya) - `Mançester Yunayted` (İngiltərə) - 1:1 (1:1)
Qollar: Kardoso, 24 - Giqqz, 42.
 
D qrupu
 
`Ayaks` (Hollandiya) – `Olimpik` (Lion, Fransa) - 0:0 (0:0)
 
`Dinamo` (Zaqreb, Xorvatiya) - `Real` (İspaniya) - 0:1 (0:0)
Qol: Di Mariya, 53.

13 sentyabr
 
E qrupu
 
`Çelsi` (İngiltərə) - `Bayer` (Almaniya) - 2:0 (0:0)
Qollar: D.Luis, 67, Mata, 90+2.
 
`Qenk` (Belçika) – `Valensiya` (İspaniya) - 0:0 (0:0)
 
F qrupu
 
`Borussiya` (Dortmund, Almaniya) – `Arsenal` (İngiltərə) - 1:1 (0:1)
Qollar: Perisic, 88 - Van Persi, 42.
 
`Olimpiakos` (Yunanıstan) – `Olimpik` (Marsel, Fransa) - 0:1 (0:0)
Qol: Luço Qonsales, 51.
 
G qrupu
 
APOEL (Kipr) – `Zenit` (Rusiya) - 2:1 (0:0)
Qollar: Manduça, 73, Aylton, 75 - Zryanov, 63.
 
`Portu` (Portuqaliya) - `Şaxtyor` (Ukrayna) - 2:1 (1:1)
Qollar: Halk, 28, Kleber, 52 - Luis Adriano, 12.
 
H qrupu
 
`Barselona` (İspaniya) – `Milan` (İtaliya) - 2:2 (1:1)
Qollar: Pedro, 36, Vilya, 51 - Pato, 1, Tyaqo Silva, 90+2.
 
`Viktoriya` (Çexiya) - BATE (Belarus) - 1:1 (1:0)
Qollar: Bakoş, 45+1 - Renan, 69.

 

Paylaş

// pop up