"TRABZONSPOR" - DÜŞMƏNLƏ ÜZ-ÜZƏ....
22 İyl 2005
"TRABZONSPOR" - DÜŞMƏNLƏ ÜZ-ÜZƏ....
Yeni mövsümün hazırlıqlarına öz bazasında davam etdirən "Trabzonspor"un ÇL-nın ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub. Bu doğma divarlar arasında Minsk "Dinamo"cunu 1:0 hesabı ilə məğlub edən "Anartosis"dir. Belarusda keçirilən ilk oyun isə 1:1 hesabı ilə bərabərə qalmışdı. "Trabzonspor"un rəqibinin "Anartosis" olması siyası böhranla müşahidə oluna bilər. Belə ki, bu klubun təmsil etdiyi Cənubi Kipr Türkiyə ilə yumşaq desək, isti münasibətlərdə deyil və 1974 -cü ildəki qanlı savaşdan sonra türk komandası cənubi kiprlə üzləşəcək. Qeyd edək ki, 1986-87-ci il mövsümündə də eyni vəziyyətlə "Beşiktaş" üzləşmiş, avrokuboklarda düşmən dövlətin təmsilçisi ilə düşmüşdü. Ancaq Kuboklar Kuboku çərçivəsində keçirilən həmin oyunda "APOEL" "Beşiktaş"la oyuna gəlməmiş və kiprlilərə texniki məğlubiyyət verilmişdi.
"Trabzonspor"lular isə mövcud vəziyyəti problem etmək fikrində deyil. Kipr təmsilçiləri Larnakada keçiriləcək ilk qarşılaşmaya çəkinmədən gedəcəklərini bildiriblər. Bu oyun ayın 26 və ya 27 -də keçiriləcək. Revanş matçı isə avqustin 2-si və ya 3-də Trabzonda olacaq.