"TRABZONSPOR"UN MÜDHİŞ İNÖNÜ SƏFƏRİ. . .
19 Dek 2005
"TRABZONSPOR"UN MÜDHİŞ İNÖNÜ SƏFƏRİ. . .
Dünən Türkiyə Superliqasında 17-ci həftənin oyunları keçirildi. Turun Derbi qarşılaşması isə, "Beşiktaş" İnönü stadionunda keçirlirdi...
"BEŞİKTAŞ" 0 - 1 "TRABZONSPOR"
Qol: Yattara , 48.
Trabzonspor: Jefferson, Ufukhan(Feridun,72), Erdinç, Tayfun, Celaleddin(Hasan,84), Yattara, Adem, Hüseyin, Lee, Szymkowiak(Fabiano Eller,76), Fatih
Beşiktaş: Cordoba, Adem(Veysel,60), Çağdaş, Sergen(Tümer,46), Kleberson, İ. Üzülmez, Ali, Youla, Koray, İ. Akın, İ. Toraman.
Matça hər iki komanda istəkli başladı. Təsadüfi deyil ki, ilk 10 dəqiqədə hər iki komanda fərqlənmək şansı qazandı. Lakin ilk hissədə boyu maraqlı mücadilənin şahidi olan azarkeşlər qol görmədilər.
Sükutu isə "Trabzonspor" Yattar ilə pozdu. Matçın 48-ci dəqiqəsində yandan ötürməni qəbul edən Yattara cərimə meydançasına daxil olaraq, uzaq küncü nişan aldı. Top əvvəl Kordobaya, sonra isə, Ademə dəyərək toru silkələdi - 0:1.
Bundan sonra da komandalar qarşılıqlı təhlükəli anlar yaratsalarda, hesab dəyişmədi və "Trabzonspor" mühüm səfər mücadiləsindən- turun derbi qarşılaşmasından üzü ağ döndü...