TRAGİKOMEDİYA
TRAGİKOMEDİYA
RUSLAN MƏMƏDLİ
Bu günlərdə Braziliya millisi çempion olub. Cənubi amerikalılar kollektiv idman növlərində güclülərdən sayılır. Bu heç də yeni bir şey deyil. Təxminən 1 həftə bundan öncə Braziliya şəhərində keçirilmiş futzal üzrə dünya çempionatı ev sahiblərinin qələbəsiylə başa çatdı. Bura kimi qeyri-adi heç bir şey yoxdur. “Sarı-yaşıl”lar top oyununda dünyada fenomenlərdən sayılırlar. Düzdü, play-offa kimi möhtəşəm irəliləyən, qapısından cəmi 1 top buraxan “sambaçı”lar finalda “lotereya”nın hesabını növbəti dəfə dünyada ən güclü olduğunu isbatladılar. Sözüm onda yox. Kişilər ən azı penalti vurmaq və ya dəf etmək baxımından rəqiblərini üstələyiblərsə artıq bu “samba”çıların məharətidir.
Amma bu çempionatda bir neçə hadisə baş verdi ki, zənn edirəm ki, bu braziliyilalıların çempionluğundan daha çox yadda qaldı. İlk növbədə Solomon adalarının aqibətini seyr etdikdə heyfslənməmək mümkün olmur. Görəsən, “genişlənmək” istəyən FİFA bu adalılardan başqa ölkə tapmadımı “qapazaltı” olunmağa? Qrupdakı rəqibləri solomonlulara qol vurmaq yarışına girişmişdi. Rusiyalı həmkarlarımız adı çəkilən yığmayla mücadilə həmvətənlərini mundialların qol rekordunu qırmağa elə həvəsləndirilərdi ki, az qala məhlə yarışında iki komanda mərc gəlmişdilər top vurmaq üstündə. Belədə adamın dişinin altında olan “yağlı” leksikona müraciət lazım gəlir istər-istəməz. Təbii ki, bu “yağlı” tikələri “vozduşnı” qəbul edən FİFA dəyərli prezidenti Zepp Blatterdir.
Bu gün futbol dünyada ən böyük bizneslərdən biri, bəlkə də birincisidir. Elə adını çəkdiyimiz FİFA-nın baş məmuru da bu biznesdə ən böyük fiqurlardan biridir. İsveçrəli qoca futbolun qloballığını nəzərə alıb idmanın şah oyununda möhkəm sistem otuzdura bilib. Bu başqa məsələ ki, bu heç də Blatterin əməyi deyil. Nə isə, futbolun inkişafı qarşılığında futzalda pul olmaması və diqqətədən kənarda qalması Bletteri fikirləşdirməyə bilməzdi. Belədə yenicə başa çatmış mundialın maraqlı keçməsi üçün çalışmalar olmuşdu. Elə mundialın Braziliyada keçirilməsi futbolla nəfəs alan məmləkətə maraq cəlb edilməsi naminə atılmışa ddım idi. Amma çempionatın gedişi göstərdiki, ev sahiblərinin maçlarından başqa digər oyunlarda zallar dolmadı. Heç yarımfinal da “anşlaq”a səbəb olmadı.
Amma bu gün ki, qayəmiz azarkeşlərin heç də mundiala biganəliyi deyil mundialda baş verən ən önəmli skandaldır. Yarımfinalda, İspaniya – İtaliya maçında baş verən qalmaqal bəlkə də Futzal tarixinin ən böyük biabırçılığı idi. Yadınıza salım ki, sonuncu Avropa çempionatının finalçılarının mücadiləsində İspanlar final fitindən (!!!) sonra vurulmuş qolla qaznadılar.
Ən maraqlı olay isə bundan sonra yaşanıb. İlk öncə qolu hesaba alan hakim sonra vaxtın bitdiyini bildirib, qolu ləğv etdi. Əsl həngamə isə bundan sonra başladı. İspanlar qələbə qazandığını iddia edib salonu tərk etdilər. Halbuki hakim hələ oyunu bitirməmişdi. Futbolda belə bir şey baş versəydi. Ispanlar iki beynəlxalq aləmdən təcrid olunardılar. Amma futzalda anarxiya oq dərə vüsət alıb ki, ispanlar düz 45 dəqiqə meydana qayıtmadılar. Maraqlıdı ki, təkara 1 dəfə baxdığı zaman həqiqətən ispanların qolunun oyun gvaxti bitdikdən sonra vurulduğu görünürdü. Və ən qəribə olaylar bundan sonra yaşandı. İspanlar yenidən qayıtdılar (!), hakim qolu saydı (!!) və italyanlara hücum qurmaq üçün 1 saniya vaxt (!!!) verdi. Gülməlidir, ağlamlıdır deyə bilmərəm. Həqiqətən şərhçinind ediyi kimi ədəbiyyyatın bütün növləri yaşandı həmin olayda.
Əlbəttə, bu boyda qalamaqal yan təsirsiz ötüşməyə bilməzdi. FİFA-da başa verənləri sığortalamaq üçün oyunertəsi bəyənat yaydı və gözlənildiyi kimi hakimləri dolasıyla özbaşınalıq edən, haqsız sürətdə finala vəsiqə qazanan ispanların düzgün olduğu qənaətinə gəldi. Guya, “saniyətutan” hakim qoldan sonra son fiti səsləndirdiyi üçün qol sayılmalıdır. Onda belə çıxır ki, saniyələrlə hesablanan oyunda hakim oyun vaxtı bitsə də davam etdirə bilər? Ondansa əlavə vaxt təyin olunsun da futboldakı kimi.
Əlqərəz, futzalın elə növü kimi qapalı olması belə qalmaqalın qapadılmasına imkan verdi. Həm də, ölkə mətbuatımız da mənasız yarışlara səhifə-səhifə yer ayırıb o boy da DÇ-yə bir cümlə yer ayırmırsa demək “atoynadan”ların tragekomediya “yazmasına” haqqı var...