Transfer bazar(lığ)ı qızışır (EXPRESS, 22.06.2005)

single-news
22 İyn 2005

Transfer bazar(lığ)ı qızışır (EXPRESS, 22.06.2005)



Bu gün ölkənin idman mətbuatında gedən az qala hər xəbər transferlərlə, oyunçu və məşqçi keçidləriylə bağlıdı. Bir aydı başa çatan 13-cü milli çempionatdan sonra yaranan fasilədən qayıdan klublar indi yeni mövsümün planlarını cızır. Amma komandalar arasında hazırlığa müxtəlif vaxtlarda başlayanlar da var. Belə ki, avrokuboklara hazırlaşanlar digərlərinə nisbətən daha tez tərpənməyə çalışır. .... QARABAĞ Yeni mövsümdə bu komandanın şərəfini kimlərin qoruyacağı qeyri-müəyyən olaraq qalır. Əsas heyətin əksər oyunçuları indi başqalarıyla danışıq aparır. İndi Mübariz Orucov, Namiq Həsənov, Azər Cabbarov, Abuzər İbrahimov və başqa bir-iki oyunçu istisna olmaqla demək olar heç kimin taleyinə aydınlıq gəlməyib. Baş məşqçi məsələsi də hələ ki, tam dəqiqləşməyib. Komandaya Türkiyədən çalışdırıcı gətiriləcəyi söylənilsə də, bunlar hələ ki, reallaşmayan fərziyyələrdi. Amma o dəqiqdi ki, növbəti mövsümdə ciddi iddiası olmayacaq komandanın bütün komandalarına ümumi rəhbərliyi indi uşaq komandalarıyla işləyən Sərpil Həmdi Tüzün edəcək. ...

Paylaş