Tribuna V. Ən azı vuruşmaq

single-news
28 İyn 2009

Tribuna V. Ən azı vuruşmaq



`Qarabağ`ımız Ankarada hazırlığını 5-ci gününü arxada qoydu. Sıra təbii ki,  futbolçuların tribunasına çatdı. Bu dəfə tribunadan xitab edəcək futbolçu təvözakarlığı ilə yadda qalıb. Sadəcə, iş görməyi sevən bu şəxsi mətbuat səhifələrində az-az görmək olar. Ötən mövsümdən `Qarabağ`da olan Sahil Kərimov 30 illik ömrünə zəngin karyera sığdırıb. Qolkiperimiz hazırlığı və Avroliqanı belə dəyərləndirdi:` Mehriban kollektivimiz olduğundan günlərin necə keçdiyini hiss etmirik. Hətta məşqlər nə qədər ağır olsa belə. Məşqlərdə səylə çalışırıq. Ötən il kuboku almağımızda mehribançılığımızın böyük rolu oldu. Çünki, hər kəs bir-birinə yardım etməkdən çəkinmir. Bu ənənə indi də davam edir. İnşallah,  avroliqada da sözümüzü deyərik. Bu günün futbol tələbləri dəyişib. İndi güclü-zəif rəqib anlayışı qalmayıb. Vuruşan və vuruşmayan komanda var. Təbii ki, futbol sadəcə vuruşmaqdan ibarət deyil. Amma ötən ilki seriyanı davam etdirsək `Rosenborq`u sıradan çıxara bilərik. Düzdü, nə qədər çətin olsa da, mümkünsüz deyil.

Paylaş

// pop up