Tribuna VI. Hər kəsin beynində sürpriz planı var
29 İyn 2009
Tribuna VI. Hər kəsin beynində sürpriz planı var
`Qarabağ`ımız Türkiyədə VI gününü də geridə buraxdı. Təbii ki, söz bu dəfə Tribunaya çıxacaq futbolçumuzdadı. O, ötən il `Qarabağ` özünün dediyi kimi doğma komandasına qayıtdı. Getidiyi hər yerdə uğur qazanmağa öyrəşib. Son 3 ili titulsuz qalmayıb. Ötən il kapitan kimi ölkə çempionluğunu qazanan Emin İmaməliyev bu il də `Qarabağ`la ölkə kubokunu baş üzərinə qaldırdı. Millimizin rəsmi matçlarda qazandığı son qələbənin memarı olan yarımmüdafiəçi tribunasını dinləyək:` Başımızı aşağı salıb işimizi görürük. Çox gənc komandamız var. Cəmi 28 yaşım olsa da, komandanın `ağsaqqal`ı sayılıram. Belə baxanda belə bir şey də hər zaman nəsib olmur. Ötən il çalışmaqla kuboku qazandıq. Təbii ki, bu ildə hədəflərimiz böyüyüb. Bilirəm, təkrarçılıq olacaq amma `Rosenborq` nə qədər güclü olsa da keçilməz deyil. Dünən ki, oyunlarına baxdıq. Çox güclüdürlər hal-hazırda. Demək olar ki, çempionluğu qazanıblar. 16 oyundu uduzmurlar. Amma bu o demək deyil ki, biz də məğlubiyyətlə barışmışıq. Hər kəsin beynində bir sürpriz planı var. İlk oyunda qənaətbəxş nəticə qazansaq, cavab oyununda stadionda boş yer tapmaq mümkün olmayacaq.` İnşallah, ölkəyə belə bir futbolu yaşadarıq.