Tribuna VIII. Silahımızdan istifadə etməliyik
1 İyl 2009
Tribuna VIII. Silahımızdan istifadə etməliyik
`Qarabağ`ımızın tirubunası bu dəfə bu extravaqant futbolçuya verilir. Ölkənin ən bəstəboy futbolçusu meydanda gördüyü qara işlə yanaşı universallığı ilə fərqlənir. Artıq `Qarabağ`da 3-cü mövsümünə başlayacaq. Bəli yəqin, onu tanıdınız. Ayxan Abbasov. 27 yaşlı futbolçunun tribunasını dinləyək:` Hal-hazırda `Rosenborq`la oyuna köklənmişik. Norveçdə çempionatın qızğın vaxtıdır. Bizim isə oyuna hazırlaşmaq üçün 2 həftə vaxtımız var. Rəqibi bu vaxta qədər yaxşı analiz edə biləcəyik. Düşünmürəm ki, heç də norveçlilərdən zəifik. Potensialımızı ortaya qoya bilsək, mərhələni keçə bilərik. Indi bizim gənc komandamız var. `Qarabağ` həmişə `qaçan` komanda olub. Ötən daha yaşlılarla o qədər qaçrdıqsa indi gənclərlə daha çox `tərləməli` olacağıq. Təbii ki, `Rosenborq`a qarşı bu silahımızdan istifadə etməliyik. Milli çempionatda isə hədəfimiz böyüyüb. Bu il mütləq medalçılar sırasında olmalıyıq. Belə danışmağım komandaya olan inamdan irəli gəlir`