Tribuna X. `Sehrbaz` zəmanət verdi...

single-news
3 İyl 2009

Tribuna X. `Sehrbaz` zəmanət verdi...



`Qarabağ` Futbol Klubu Türkiyədə  hazırlığını davam etdirir. Bu gün komandamızın tribunası gəldiyi gündən etibarən `Qarabağ`ın əsas heyət üzvünə çevrilən yarımmüdafiəçidir. Klubumuzun vitse-prezidenti onun futbolunun heyranıdır. Təsadüfi deyil ki, Tahir bəy ona `Sehrbaz` ləqəbi verib. Yəqin onu tanıdınız: Rəşad Sadiqov. 25 yaşlı futbolçu gənc yaşına rəğmən ölkə futbolunun təcrübəlilərindən sayılır.Gəlin onu dinləyək:`Qarabağ`a gəldiyim gündən üzüldüyüm yeganə şey hələ də qol vura bilməməyimdir. Özü də yetərincə şansım olmasına baxmayaraq nəsə alınmır. Təbii ki, ötən il kuboku almışıq. Bu daha önəmlidir. Qarşıdan gələn mövsümdə isə hədəfimiz təbii ki, böyüyüb. Bu il çempionluğa oynayacağıq. Komandamızın potensialı buna yetər. `Rosenborq`la oyun haqqında onu deyə bilərəm ki, Norveçlilərə rahatlıqla boyun əyməyəcəyik. Cütün taleyinin 2-ci matcda aydın olacağına zəmanət verə bilərəm. Düzdü, futboldu hər şey ola bilər. Lakin həmin prizmadan baxsaq bizim də şansımız az deyil. Real gücü nəzərə alsaq `Rosenborq` bu il güclü vaxtlarını xatırladır. İnşallah, görəcəksiniz ki, `Qarabağ` nəyə qadirdir`

Paylaş

// pop up