Tribuna XI. Məğlubiyyəti sevmirəm...

single-news
4 İyl 2009

Tribuna XI. Məğlubiyyəti sevmirəm...



`Qarabağ`ımız Qızılcahamamda hazırlığın 11-ci günün də geridə buraxdı. Növbə tribunaya çatdı. Bu dəfə ki tribunada çıxış edəcək futbolçu çılğınlığı və meydanda olduğu müddətdə dayanmadan mübarizə etməsiylə məşhurdur. O nəinki müdafiədə keçilməzdir. Eyni zamanda müdafiəçilərə də baş ağrısıdır. Təsadüfi deyil ki, kubokun finalında hücuma qoşuldu və qazandırdığı penalti sayəsində `Qarabağ` 3-cü dəfə kuboku qazandı. Bəli, yəüin onu tanıdınız. Uğurlu oyunuyla yenidən diqqətləri öz üzərinə çəkərək milliyə çağrılan Elnur Allahverdiyev  inamlı danışdı:` Ötən ilki komandanın əsas heyətini qoruyub saxlamışıq. Sağ olsun ki, rəhbərlik yenə də yerli uşaqlara üstünlük verdi. Bilirik ki, buna görə məsuliyyətimiz artıb. Ötən il bizimlə olan legionerlər həqiqətən də çox yaxşı oğlanlar idi. Bu il onların əvəzində ölkənin perspektivlərini gətirmişik. Allahın izniylə, çempionatda bu il `qızıl` medal uğrunda mübarizə aparacağıq. Təbii ki, hələlik `Rosenborq`la oyun haqqında fikirləşirik. İlk növbədə elə etməliyik ki, heç kimin başını aşağı etməyək. Avroliqaya ciddi hazırlaşırıq. Mən heç vaxt məğlub olmağı sevmirəm. İnşallah, görəcəksiniz onlara qarşı necə oynayacağıq`

Paylaş

// pop up