Tribuna XII. Ölməyə belə hazırdır

single-news
5 İyl 2009

Tribuna XII. Ölməyə belə hazırdır



`Qarabağ`ımızın təlim-məşq toplanışı son sürətlə davam edir. XII günün sonunda söz tribunanındır. Bu dəfə ki `natiq` komandamızın dinamosudur. 3 il sonra kuboku baş üzərinə qaldıran hal-hazırda komandada olan 2 futbolçudan biridir. Yorulmaq nə olduğu bilməz, karyerasını `Qarabağ`da bitirəcəyini deməkdən çəkinməz. Buna əsası da var. Kuboku alanda komandada olan yeganə ağdamlı futbolçu idi. Bəli, o Namiq Yusifovdur. 22 yaşlı futbolçunu dinləyək:`Qarabağ` mənim üçün çox fərqlidir. Bunu şərh etməyə dəyməz. `Qarabağ`dan qabaq bir neçə komandada oynamışam. Qarabağlı olaraq komanda mənim üçün çox dəyərlidir. Burda hər kəsə eyni gözlə baxırlar. Məşqlərdə hamı eyni səylə çalışır. Kim daha çox çalışırsa formanı da o geyinir. Əla rəqabət var hal-hazırda. Biz də olan ruh heç bir klubda yoxdur. İnşallah, `Rosenborq` qarşısında da ürəyimizi meydana qoyacağıq. Baş məşqçi şans vercəyi halda bu oyunda ölməyə belə hazıram. Səbəbini yaxşı bilirsiniz. `Qarabağ`ın Avropada uğuru Qarabağı xatırlatmaq baxımından çox önəmlidir.  `

Paylaş

// pop up