Tribuna XIX. Hədəfə köklənməyi bacarırıq

single-news
2 İyl 2009

Tribuna XIX. Hədəfə köklənməyi bacarırıq



`Qarabağ`ımızın Türkiyədə təlim-məşq toplanışının 9-cu günü geridə qaldı. Komandamız bu gün istirahətlə başa vursa da, biz futbolçularımıza tribuna verməkdə davam edirik. Bu dəfə söz komandamızın ən universal futbolçusuna verilir. Onu meydandanın hər yerində görmək olar. Əsil vəzifə adamıdır. Müdafiənin sağında, solunda, mərkəzində eyniylə dayaq yarımmüdafiəçisi mövqeyində müvəfəqiyyətlə çıxış edir. Millidə isə yarımmüdafiənin cinahlarında oynayıb. Ən böyük arzusu isə nə zamansa hücumçu kimi oynamaqdır. Hər halda, bu onda pis alınmaz. Azarkeşlər onun `Olimpik`lə tarixi mücadilədə vurduğu möhtəşəm qolu hələ də unutmayıblar. Nə isə, sözü çox uzatmayaq. Tribunası təvazökar Zaur Həşimova veririk:` Ümumiyyətlə standard danımaqdansa susmağa üstünlük verirəm(gülür). Bizim komandanın ən böyük fərqi ondadır ki, kimisə hansısa mövqeyə pərçimləyə bilmirik. Düzdü, futbolçu  peşəkar olmalıdır. Məşqçi onu harda oynadırsa demək belə uyğun görür. Düzdü, ola bilər ki, futbolçu başqa arzuda olsun. Amma bizim komandada elə mühit formalaşıb ki, həqiqətən mövqe söhbəti yoxdur. Çünki, hamımız bir kollektiv halında bir-birimizə `isti` yanaşa bilirik. İndi qarşıdan `Rosenborq`la oyun gəlir. Durub indi desəm ki, onları yüz faiz udacağıq yalan olar. Biz oyuna udmaq üçün çıxacağıq. Çünki, 12 oyundu məğlubiyyətin nə olduğunu bilmirik. Düzdü, Azərbaycan çempionatı ilə Avrokubok eyni deyil. Amma biz sübut etmişik ki, hədəfə köklənməyi bacarırıq. İnşallah, baş dik gedib, başı dik də qayıdacağıq.`

Paylaş

// pop up