Tribuna XV. Cütün taleyi Bakıda həll olunacaq

single-news
8 İyl 2009

Tribuna XV. Cütün taleyi Bakıda həll olunacaq



`Qarabağ`ımızın futbolçuları öz tribunada öz fikirlərini bildirməkdə davam edirlər. Bu dəfə ki `natiq`in isə ilk dəfə `Qarabağ`ın formasında debüt edəndə 17 yaşı tamam olmamışdı. İndi 20 yaşında sağ cinahın vaz keçilməz ismidir. O,çalışma əzmi, güclü hazırlığı ilə hər zaman fərqlənib. Bəli, söhbət Maksim Medvedevdən gedir. `Qarabağ`ımızın yetirməsi görək nələr dedi:` Artıq 3 ildi `Qarabağ`ın əsas komandasında oynayıram. Öncələr komandamızın əksəriyyəti məndən çox böyükdür. İndi isə mənim həmyaşıdım olan bir qrup futbolçu var. Onlarla millidə də çıxış etdiyimdən bir-birimizi yaxşı başa düşürük. Çox gənc komandamız var. Hamı bir-biriylə əla anlaşır. `Ankaragücü`nə məğlub olsaq da, əla oynadıq. Sanki, özümü `Barselona`nın bir parçası kimi hiss edirdim. `Rosenborq`la və çempionatda belə oynasaq o zaman bizimlə mübarizə aparmaq çox çətin olacaq. Demək olar ki, hər mövqedə rəqabət var. `Rosenborq` atletik futbol oynayır. Heyətləri də gəncdir. Onların hal-hazırda ən böyük üstünlüyü  çempionatlarının davam etməsidir. Həm də demək olar ki, çempionluq işini həll ediblər. Bu da onlara bir rahatlıq verəcək. Amma biz də asan yem olmayacağıq. Cütün taleyi Bakıya qalacaq. Buna əmin ola bilərsiz.`

Paylaş

// pop up