Tribuna XVI. Qıcıq mənbəyi...
9 İyl 2009
Tribuna XVI. Qıcıq mənbəyi...
`Qarabağ`ımız Qızılcahamamda hazırlığını davam etdirir. Hazırlığın XVI günündə tribunaya daha milli üzvü çıxacaq. Bu gün komandamızda olan 7 əsas milli üzvündən biridir. 16 yaşında `Qarabağ`da debüt edib. 4 illik fasilədən sonra doğma komandasına döndü. Bir daha dönməmək üzərə. Bəli, O, Vüqar Nadirovdur. 21 yaşlı hücumçunun tribunasını dinləyək:` Təbii ki, `Qarabağ` mənim yuvamdır. Nə zamansa bura dönəcəyimi bilirdim. Aradan 4 il keçməsinə baxmayaraq özümü hec də yad hiss etmirəm. Hər kəs canla-başla çalışır. Ən böyük üstümlüyümüz isə əlbəttə əla kollektivin olmasıdır. `Rosenborq`a qarşı ciddi hazırlaşırıq. Kim `Rosenborq`un adını eşidir heyrət edir. Əslində bu bizi daha da qıcıqlandırır. Komandanın əksəriyyəti millinin üzvləridir. Çıxıb özümüzü sübut etməliyik. Nə qədər çətin olsa da, çalışmaq lazımdır. Bir ağdamlı kimi hamıdan daha çox əziyyət çəkməli olduğumu bilirəm. Allahın izniylə, `Qarabağ`ı ən yaxşı halda təmsil edəcəyik.