`TRT-AVAZ` `Qarabağ`ın məşqində
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5511.jpg)
18 Yan 2012
`TRT-AVAZ` `Qarabağ`ın məşqində
`Qarabağ`ımız Antalyada hazırlıqlarını davam etdirir. Bu gün komandamızın proqramında 2 məşq vardı. Günün ilk çalışaması 11:00-da baş tutdu. Barselonadan dönən komandamızın baş məşqçisi Qurban Qurbanov Antalyada ilk məşqinə çıxdı. Eyni zamanda qardaş ölkəyə dünən gələn Rəşad Sadıqov məşqə çıxsa da 29 yaşlı müdafiəçi sadəcə qaçmaqla kifayətləndi. Elə yeni transferimiz Vaqif Cavadov da müəyyən təmrinləri yerinə yetirdikdən sonra qaçmaqla məşqi bitirdi.
Bu arada artıq türk dünyasının sayılıb-seçilən komandalarından olan `Qarabağ`ımızın məşqində bu gün qonaq vardı. Belə ki, Türkiyənin `TRT-Avaz` kanalı düşərgəmizə gələrək reportaj hazırlayıb. Komandamızın baş məşqçisiylə yanaşı Rəşad Sadıqov və Sadiqovdan mühasibələr götürülüb.
Komandamızın 2-ci məşqi yerli vaxtla 18:00-a nəzərdə tutulub.