Türk qəzetindən çağırış: «Karabağ"a destek olalım!» (fanat.az)
Türk qəzetindən çağırış: «Karabağ"a destek olalım!» (fanat.az)
"Hürriyət" qəzeti Almaniyadakı azarkeşləri "Borussiya" matçına çağırdı
Fanat: "Qarabağ" Almaniyanın "Borussiya" klubu ilə oyuna hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, artıq Dortmundda olan komandamız bir həftə əvvəldən oyuna azarkeşlərin gəlişini təmin etmək üçün öz nümayəndəsini bu şəhərə göndərmişdi.
Artıq "Qarabağ" rəsmilərinin çalışmaları öz bəhrəsini verməkdədir. Almaniyanın müxtəlif bölgələrində görüşlər keçirən nümayəndələr ölkənin ən böyük türk qəzeti olan "Hürriyət"lə də görüşüblər. Almaniyada günlük 1 milyon tirajla çıxan qəzet "Qarabağ"ın nümayəndələrinin Avropa Azərbaycanlıları Konqresinin başqanı Başar Kömürlə görüşünü qəzet səhifəsində işıqlandırıblar.
Eyni zamanda qəzetın müxbiri "Qarabağ"ın məşqini izləyərk oradan reportaj da hazırlayıb. Ağdam klubunun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanovun oyunla bağlı fikirləri qəzetdə yer alıb. Danışanların hər 2-si Azəri-Türk birliyini vurğulayıb və Almaniyada yaşayan soydaşlarımızı komandamıza dəstək olmağa çağırıb.
Qəzet bugünkü sayında oyunla bağlı böyük elan yerləşdirilib və "Qarabağ`a dəstək olaq" şüarından istifadə olunub.