Türkiyə 2016-ya namizəd oldu
10 Mar 2009
Türkiyə 2016-ya namizəd oldu
2016-cı il Avropa çempionatının final mərhələsini keçirməyə namizəd bütün ölkələrin adı məlum olub. UEFA-ya belə məsul turniri təşkil etməklə bağlı dörd rəsmi müraciət edilib. Belə ki, Fransa, İtaliya, İsveç və Norveçə son anda Türkiyə də əlavə olunub. İsveçlə Norveç şərikli təşkilatçı olacaq. Avro-2016 ilk çempionat olacaq ki, final mərhələsində birdən-birə 24 komanda iştirak edəcək. Son illərdə qitə birinciliyinin həlledici mərhələsində 16 komanda çıxış edib.
Qeyd edək ki, növbəti Avropa çempionatının final mərhələsi 2012-ci ildə Ukrayna və Polşada keçiriləcək.