TÜRKİYƏ, ALMANYA VƏ İNGİLTƏRƏ: KUBOK HƏYƏCANI . . .

single-news
21 Dek 2005

TÜRKİYƏ, ALMANYA VƏ İNGİLTƏRƏ: KUBOK HƏYƏCANI . . .



Dünən Avropanın üç ölkəsində kubok həyəcanı yaşanmışdır.Çempionat oyunlarından fərqli olaraq, həmişə olduğu kimi, bu dəfə də sensasion nəticələr qeydə alınmışdır . . . TÜRKİYƏ KUBOKU. Türkiyə kubokunda dünən iki oyun keçirildi. "Qalatasaray" "Malatyaspor"un qonağı oldu.Çempionatda o qədər də yaxşı oyun sərgiləməyən ev sahibləri matçın 7-ci dəqiqəsində Balazs Toth-la hesabı açdılar. "Qalatasaray" isə, Hasan Kabze ilə yalnız bir dəfə rəqib qapısına yol tapdı ki, bu da yalnız hesabın bərabərləşməsinə kifayət etdi... Digər oyunda "Kayserispor" "Denizlispor"u qəbul etdi. Matç öncəsi çox az futbol mütəxəssisi qonaqların hesabda 3:0 kimi böyük hesabın əldə edə biləcəyinə inanardı. Amma matçın 87-ci dəqiqəsinə qədər bu həqiqətən də belə idi. Yalnız 87 və 90-cı dəqiqədə vurulmuş iki top "Kayseri"yə biabırçı məğlubiyyət yaşamasının qarşısını aldı... Türkiyədən başqa, dünən Almaniya və İngiltərə kuboku uğrunda da bəzi oyunlar keçirilmişdir.Nəticələrlə tanış olun: ALMANİYA KUBOKU: Arminia Bielefeld 2 : 0 Unterhaching Freiburg 1 : 3 1860 Munchen Kaiserslautern 1 : 1 Mainz İNGİLTƏRƏ KUBOKU: Birmingham 1 : 3 Manchester Utd Wigan 2 : 0 Bolton Wanderers

Paylaş

// pop up