TÜRKİYƏ ÇEMPİONUNDAN "QARABAĞ"A TƏŞƏKKÜR (supersport.az)

single-news
4 İyn 2010

TÜRKİYƏ ÇEMPİONUNDAN "QARABAĞ"A TƏŞƏKKÜR (supersport.az)



"Qarabağ" qloballaşan futbol dünyasında peşəkarlıq yolunda addımlar atmağa çalışır.

Artıq bir sıra klublarla əməkdaşlıq edən, eyni zamanda münasibətlər yaradan komanda dostlarının uğuruna sevinir. Belə ki, cari mövsümdə 2 dost klub həm "Tvente", həm də "Bursaspor" tarixlərində ilk dəfə çempion olublar. Bursa təmsilçisinin uğuru daha böyük səs-küy yaradıb. Artıq uzun müddətdir "yaşıl timsahlar"la dostluq edən Ağdam klubu "Bursaspor"u çempionluqla bağlı təbrik edib. Bursa şəhərinin eyniadlı təmsilçisi də borclu qalmayıb və Azərbaycan komandasına təşəkkür faksı göndərib. "Bursaspor"un prezidenti İbrahim Yazıçının imzasıyla klub adından "Qarabağ"ın direktoru Emrah Çelikelə müraciətən göndərilən məktubda komanda rəhbəriı, Ağdam təmsilçisinə sevincləri paylaşdıqlarına görə təşəkkür etməklə yanaşı, birlikdə daha böyük uğurlara sevinmək arzusunda olduğunu ifadə edib. Məlumat "Qarabağ"ın saytında yer alıb.

Paylaş

// pop up