TÜRKİYƏ DERBİSİ: "FƏNƏRBAXÇA" TUNCAYIN QOLU İLƏ SEVİNDİ...
19 Sen 2005
TÜRKİYƏ DERBİSİ: "FƏNƏRBAXÇA" TUNCAYIN QOLU İLƏ SEVİNDİ...
Dünən Türkiyə Superligasında "Fənərbaxça" "Beşiktaş"ın qonağı oldu. 19-cu dəqiqədə Anelkanın qolu ilk hissədə qonaqların üstünlüyü ilə başa çatdı.Yalnız matçın 90-cı dəqiqəsində Kleberson hesabı bərabərləşdirə bildi. Hər kəs derbinin heç-heçə bitəcəyini düşündüyü zaman, Tuncay Fənər sevərlərin sevimlisi olduğunu sübut etdi. 90+4 dəqiqədə vurduğu qol derbinin qalibini müəyyənləşdirdi. 1:2 və "Beşiktaş" öz meydançasında məğlub oldu.
Rəşad Sadıqovun oynadığı "Kayserispor" isə "Çaykur Rizespor"u 3:1 hesablı məğlubiyyətə uğratdı.
Digər görüşlərin belə nəticlənəmişdir:
Sivasspor - Trabzonspor 2:1
Serjio, 36. Balili, 52 - Kürşat, 21.
Ankaragücü - Gənclərbirliyi 1:1
İlhan Mansız, 90 - İsaak, 67.
Konyaspor - Diyarbəkirspor 5:1
Əl Saka, 34; 43. Əhməd Belal, Ceyhun Əriş, 56. Murat Hacıoğlu, 62 - Sərdar Samatyalı, 65.
Malatyaspor - Dənizlispor 0:1
Ömər Rıza, 76.
Vestel Manisaspor - Qalatasaray 1:4
BŞB Ankaraspor - Samsunspor 3:3
Qaziantepspor - Ərciyəsspor 2:2
1. Qalatasaray 6 5 1 0 16-6 16
2. Fənərbaxça 6 4 2 0 13-7 14
3. Kayserispor 6 4 0 2 12-6 12
4. Trabzonspor 6 3 2 1 9-4 11