TÜRKİYƏ KUBOKUNUN İKİNCİ FİNALÇISI - "FƏNƏRBAXÇA"

single-news
22 Apr 2005

TÜRKİYƏ KUBOKUNUN İKİNCİ FİNALÇISI - "FƏNƏRBAXÇA"



Türkiyə Kubokunda ikinci yarımfinal matçında "Fənərbaxça" - "Dənizlispor"la qarşılaşdı. 17-ci dəqiqədən 10 nəfərlə qalsa da, "Fənər" xarakter göstərərək, oyunun sonunadək rəqibə həyəcanlı anlar yaşatdı. Əsas vaxtda hesab açılmadığından əlavə vaxt oynanıldı.103-cü dəqiqədə Fatihin uzaq məsafədən zərbəsi qarşısında Rüştü aciz qaldı: 0:1. Hamı hər şey bitdi deyə düşünərkən Lusiano tam fərqli düşünürdü: 111 dəqiqə və 1:1. Əlavə vaxtda da qalib müəyyənləşmədikdə, matçın taleyi 11 metrəlik cərimə zərbələrindən asılı qaldı: Anelka - top qapı dirəyindən dönür. Fatih - topu qapı əvəzinə tamaşaçılara vurur. Güvən - Rüştü mükəmməl qurtarış. Bundan sonra: Alex, Aurelio, Öndər və Mehmet Yozqatlının dəqiq zərbələri və "FƏNƏRBAXÇA" kubokun bir addımlığındadır.

Paylaş

// pop up